Braziliyanın sabiq prezidenti Jair Bolsonaru ölkədən qaçma riskinin yüksək olması səbəbindən yenidən həbs olunub.
“İki sahil”in "Reuters"ə istinadən verdiyi məlumata görə, hakimiyyət orqanları eks-prezidentin tərəfdarlarının polisə onun ev dustaqlığını nəzarətdə saxlamağa mane ola biləcəyindən ehtiyat ediblər. Həmçinin Bolsonarunun ayağındakı elektron qolbağın işinə müdaxilələr aşkarlanıb.
Bundan əlavə, Braziliyanın keçmiş rəhbərinin ev dustaqlığına məhkum edildiyi ev ABŞ səfirliyinin yaxınlığında yerləşir və hakimin fikrincə, bu, qaçış cəhdini də göstərə bilər.
Qeyd edək ki, Bolsonaru bu gün həbs olunub. Braziliya Ali Məhkəməsinin qərarında qeyd olunur ki, həbs sabiq prezident Jair Messias Bolsonarunun ləyaqətinə tam hörmətlə, qandal tətbiq edilmədən və mediada hər hansı bir açıqlama olmadan həyata keçirilməlidir.
Jair Bolsonarunun vəkili daha əvvəl "Reuters" agentliyi ilə söhbətində eks-prezidentin həbsi ilə bağlı səbəbləri açıqlamamışdı.