Axşam saatlarında Şəki şəhərinin S.Ə.Şirvani küçəsindəki mənzillərdən birində güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Şəki rayon yanğından mühafizə hissəsinin məlumatına görə, şəhər sakini 55 yaşlı Famil Nəsibova məxsus yaşayış evində baş verən yanğının söndürülməsinə canlı qüvvə və texnikalar cəlb olunub.
Yanğına vaxtında müdaxilə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, 6 otaqdan ibarət evin bir otağında tüstü bacasının ətrafı və 3 kvadratmetr sahə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın yerinin ilkin müayinəsi zamanı hadisənin qazla işləyən qızdırıcının səbəb olduğu bildirilir.
AZƏRTAC
Bakı islamofobiya ilə mübarizədə daim prinsipial və ardıcıl mövqe sərgiləyir - ŞƏRH
Sudaboğulma hallarının azaldılmasında insanların təhlükəsizlik qaydalarına əməl etməsi həlledici rol oynayır - MÜSAHİBƏ