25 iyun 2026 21:47
98

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatıb

İyunun 17-dən 25-dək keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb.

“İki sahil” xəbər verir ki,  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, tam elektron formada, ölkə üzrə 19 şəhər və rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib, 96 faiz davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqustda təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 26 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Müraciətlərin qəbulu 26 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.