Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.
Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib.
Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.
Səfər çərçivəsində Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələr arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dərc edilən “Qarabağ Azərbaycandır” kitabları səfirliyin kitabxanasına hədiyyə olunub.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb