Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli 12 otaqlı evin 1 otağının yanar konstruksiyaları 32 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.