18 noyabr 2016 19:52
215

İlin ilk üç rübündə “BP-Azerbaijan” SOCAR-a 1,97 milyard kubmetr səmt qazı verib

Bu ilin yanvar-sentyabr aylarında “BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları” vasitəsilə gündəlik orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1,97 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan”dan məlumat verilib.