18 noyabr 2016 21:38
384

Heydər Əliyev adına NEZ-də ekoloji tədbirlər yerinə yetirilir

Heydər Əliyev adına Neft Emalı Zavodunda 2016-cı il üçün nəzərdə tutulmuş ekoloji tədbirlər uğurla yerinə yetirilir. Zavod ərazisində, istehsalat sahələrində ağaclar, mövsümi güllər əkilir, məişət tullantıları zərərsizləşdirilir, atmosferə atılan tullantılar minimuma endirilir.

"İki sahil" xəbər verir ki, ötən müddətdə “Alfa-Laval” qurğusundan istifadə olunmaqla müxtəlif avadanlıqlarda yığılıb qalmış 4147 ton neft şlamı zərərsizləşdirilmişdir. Zavodun sahələrindən 1089 kubmetr həcmində məişət tullantısı daşınmış, ərazidən 350 tondan çox metal tullantı kənarlaşdırılmışdır. Texnoloji qurğuların movcud soyutma sistemi ilin isti aylarında tələbata cavab verə bilmədiyinə görə, Fransanın “Hamon Thermal Europe” şirkəti tərəfindən yeni susoyutma qurğusunun (qradirni) tikinti (məhsuldarlığı 7000 m3/ saat) işləri davam etdirilir. Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 №-li sahədə bioloji təmizləmə qurğusunda I pillədə 2 ədəd çökdürücü mexaniki qarışıqlardan təmizlənmiş, mexaniki qarışıq lil meydançasına vurulmuşdur. Zavodun istehsalat və sahələrində sərf olunmuş suyun miqdarına nəzarət etmək üçün 22 ədəd su sayğacı alınmış və quraşdırılmış, su itkisinin qarşısı alınmışdır. Zavodda ətraf mühitin mühafizəsi tədbirləri mütəmadi olaraq davam etdirilir.