18 noyabr 2016 21:41
303

Daha iki kəndə təbii qaz verilib

Noyabrın 18-də Kürdəmir rayonunun Türkədi və Tərtər rayonunun Seydimli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir.Tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Kürdəmir rayonunun Türkədi kəndinin 100 abonenti var. Kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 493 metrlik metal borularla qaz xətləri çəkilmiş, mənzillərə 100 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tərtər rayonunun 625 abonenti olan Seydimli kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 28586 metr olan polietilen və metal borularla qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 

Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.