10 dekabr 2025 23:58
131

Tarixə öz adını əbədi həkk etmiş Lider

Cənub qapımız Astarada Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı  sayəsində  12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə   sərgi və tədbir baş tutub.

YAP Astara rayon təşkilatının əməkdaşların,  şəhər 5 saylı  tam orta və   Ərçivan qəsəbə 2  saylı  tam orta ümumtəhsil məktəblərinin müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə əvvəlcə  Ulu Öndər Heydər Əliyevin, eləcə   Vətən yolunda canını fəda edən  zəfər şəhidlərinin  əziz xatirəsi bir dəqiqəlik sükutla  anılıb.

Dövlət Himninin sədaları altında başlanan  tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edib: “Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür”

Digər iştirakçıların da mövzu ətrafında geniş məruzələri olub.

Məruzələrdən sonra “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti”  adlı  sənədli film  göstərilib və  Mərkəzin Elektron Kitabxanasının kitablardan ibarət sərgiyə baxış keçirilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü