15 dekabr 2025 17:56
115

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.