28 dekabr 2025 13:14
90

Qvineyada dövlət çevrilişindən dörd il sonra prezident seçkisi keçirilir

Qvineyada dövlət çevrilişindən dörd il sonra prezident seçkisində səsvermə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə SABC radiostansiyasına istinadla xəbər verir.

Bildirilir ölkə üzrə 24 min seçki məntəqəsi açılıb. Seçici siyahılarına yeddi milyon nəfər daxil edilib. Hökumətin sərəncamı ilə səsvermə günü dövlət sərhədləri bağlanıb.

Ölkə daxilində xüsusi icazə olmadan nəqliyyatın hərəkəti qadağan edilib. Qvineyada 2022-ci ildən bəri mitinq və siyasi nümayişlərin keçirilməsinə qadağa qüvvədədir.

Seçkidə doqquz namizəd iştirak edir. Onların arasında keçid dövrünün hazırkı dövlət başçısı Mamadi Dumbuya da var, O, seçkinin əsas favoriti hesab olunur.