03 yanvar 2026 10:10
138

Meksikada 936 afterşok qeydə alındı

Yanvarın 2-də Meksikada baş verən güclü zəlzələdən sonra seysmoloqlar 900-dən çox afterşok qeydə alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Seysmoloji Xidmət "X" hesabında məlumat verib.

"2 yanvar saat 20:00-a olan məlumata görə, Qerrero ştatının San-Markos rayonunda baş verən 6.5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - deyə məlumatda bildirilib.

Seysmoloqlar ən güclü afterşokun 4.7 bal gücündə olduğunu bildiriblər.

Xatırladaq ki, yanvarın 2-də Meksika sahillərində 6.5 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, onun episentri Akapulko-de-Xuares şəhərindən təxminən 65 kilometr cənub-şərqdə yerləşib. Mexiko şəhərinin meri Klara Bruqada fəlakət nəticəsində 12 nəfərin xəsarət aldığını deyib.