03 yanvar 2026 10:40
135

ABŞ-da şəxsi vertolyot qəzaya uğrayıb

ABŞ-ın Arizona ştatının Feniks rayonunda dağlıq ərazidə şəxsi vertolyot qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "ABC News" məlumat verib.

Xəbərdə bildirilir ki, helikopterin göyərtəsində dörd sərnişin olub. Onların vəziyyəti barədə hələlik açıqlama verilməyib. Hadisə yerinə təcili yardım xidmətləri gedib.

Ölkənin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmaya başlayıb.