04 yanvar 2026 20:11
198

Nigeriyada yaraqlılar 30-dan çox insanı öldürüblər

Silahlı şəxslər Nigeriyanın şimalındakı bir qəsəbənin 30-dan çox sakinini öldürüb və bir neçəsini girov götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Vanguard News" portalı xəbər yayıb.

Bu arada yerli sakinlər 37 nəfərin öldüyünü bildirirlər. Girov götürülənlərin sayı araşdırılır.

Məlumata görə, silahlı şəxslər motosikletlərlə Niger ştatında yerləşən Kasuvan-Daji qəsəbəsinə basqın edərək, nizamsız atəş açıblar. Onlar mağazaları talan ediblər və yerli bazarı yandırıblar.

Nigeriyanın müxtəlif yerlərində fəaliyyət göstərən böyük dəstələr soyğunçuluq, qətl, girov götürmə və mal-qara oğurluğu ilə məşğuldurlar.

Nigeriyayaraqlılargirov