04 yanvar 2026 20:45
194

Vyanada sinaqoq yaxınlığında qumbara aşkarlanıb

Vyananın Leopoldştadt rayonunun Tempelqasse küçəsindəki sinaqoqun yaxınlığında qumbara aşkar edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Avstriya paytaxtının polisi APA ("Agence de Presse Africaine") agentliyinə məlumat verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayıcı qurğu sinaqoqun qarşısındakı binanın girişinə qoyulan çantada olub. "Qumbara araşdırılması üçün ərazidən uzaqlaşdırılıb", - polis məlumat verib.

Qumbara olan çantanı sinaqoqun əməkdaşı aşkarlayıb. Polisə zəng edildikdən sonra hadisə yerinə mina-partlayıcı xidmətinin əməkdaşları cəlb olunub. Hazırda araşdırma aparılır, o cümlədən qumbaranın İkinci Dünya Müharibəsi dövrünə aid olub-olmadığı müəyyənləşdirilir.

Polisin məlumatına görə, sinaqoqun əməkdaşlarına qarşı əvvəlcədən hər hansı təhdid olmayıb, qumbaranın bina yaxınlığında qoyulmasının məqsədini göstərən qeydlər və ya digər işarələr aşkar edilməyib.

İnsident yerinin dini obyektə yaxınlığı ilə əlaqədar, polis baş verənlər barədə məlumatı Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinə (DSN) ötürüb.