ABŞ-nin Venesuelaya qarşı hərbi müdaxiləsi qanunsuzdur, hücumların hədəfi təbii sərvətlərimizdir.
“İki sahil” xəbər verir ki, bunu Venesuelanın BMT yanında daimi nümayəndəsi Samuel Moncada BMT Təhlükəsizlik Şurasında çıxışında deyib.
Moncada 3 yanvar tarixinin təkcə Venesuela üçün deyil, bütün beynəlxalq sistem baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
Onun sözlərinə görə, həmin gün baş verənlər BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır: "Venesuela heç bir hüquqi əsas olmadan ABŞ tərəfindən silahlı hücuma məruz qalıb. Hazırda təkcə Venesuelanın suverenliyi deyil, beynəlxalq hüququn etibarlılığı, BMT-nin nüfuzu və heç bir dövlətin özünü dünya nizamının hakimi kimi təqdim edə bilməyəcəyi prinsipi də təhlükə altındadır".
Diplomat Venesuelanın neft ehtiyatlarının, strateji resurslarının və geosiyasi mövqeyinin tarix boyu xarici müdaxilələrin və maraqların hədəfi olduğunu bildirib.
S.Moncada BMT Təhlükəsizlik Şurasını təşkilatın Nizamnaməsinə uyğun şəkildə hərəkət etməyə çağırıb. O, eyni zamanda ABŞ-dən Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin dərhal azad olunmasını və ölkələrinə təhlükəsiz şəkildə qaytarılmasını tələb edib.
Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif məsələsini təkzib edib
"Chevron" və "Quantum Energy Partners" LUKOIL-un aktivlərini almağı planlaşdırır