Türkiyənin Bilecik vilayətinin Söğüt rayonunda yerləşən Ertuğrul Gazi Türbəsi 2025-ci il ərzində yerli və xarici olmaqla təxminən 3 milyon ziyarətçi tərəfindən ziyarət edilib.
“İki sahil” xəbər verir ki, Osmanlı dövlətinin banisi Osman Qazinin atası olan Ertuğrul Gazinin məzarının yerləşdiyi türbə son illər tarixi mövzulu serialların təsiri ilə daha böyük maraq görür. Xüsusilə yay aylarında, bayram günlərində və həftəsonları ziyarətçi sıxlığı müşahidə olunur.
Türbədə ənənəyə uyğun olaraq alp geyimli jandarmalar tərəfindən fəxri qarovul durur ki, bu da ziyarətçilərin diqqətini cəlb edən əsas məqamlardan biridir.
Türbəni ziyarət edənlər arasında Türkiyə vətəndaşları ilə yanaşı, Türk dünyası ölkələri, Asiya, Avropa və Amerika qitəsindən gələn turistlər də yer alıb.