12 yanvar 2026 09:53
81

Kuril adalarında zəlzələ

Seysmoloqlar Kuril adalarında 5,6 maqnitudalı zəlzələ qeydə alıblar.

"İki sahil"in "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yuzhno-Saxalinsk" seysmik stansiyasından bildirilib.

Yeraltı təkanlar dəniz dibinin 423 km dərinliyində, İturup adasındakı Reydovo kəndindən 214 km şimalda qeydə alınıb.