Polşanın baş prokuroru, ölkənin keçmiş ədliyyə naziri Zbiqnev Zebro Macarıstanda siyasi sığınacaq əldə edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə onun vəkili Bartoş Levandovski məlumat verib.
Vəkilin sözlərinə görə, Zebroya Polşa ərazisində beynəlxalq hüquqla təmin olunan hüquq və azadlıqlarının pozulması səbəbindən beynəlxalq müdafiə və siyasi sığınacaq verilib. Levandovski bu açıqlamanı X platformasında yayıb.