Yaponiyada ABŞ Prezidenti Donald Tramp tərəfindən sərt tənqid edilən Federal Ehtiyat Sisteminin müstəqilliyinin azalması ilə bağlı narahatlıqlar fonunda qızılın qiyməti rekord həddə çatıb.
“İki sahil” xəbər verir ki, ölkənin ən böyük qiymətli metal ticarəti şirkətlərindən biri olan "Tanaka kikinzoku" qızılın bir qramının qiymətini 26 000 yen (163 ABŞ dolları) səviyyəsində müəyyən edib.
Qeyd edək ki, "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçersinin dəyəri bir troya unsiyası üçün 4 600 dollar səviyyəsinə çataraq tarixi maksimumu yeniləyib.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib