16 yanvar 2026 11:23
98

"Instagram" birincidir

2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə "Instagram" olub. Platformanın ölkə üzrə istifadə payı 34,33 faiz təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) "Statcounter" Qlobal Statistika platformasının açıqladığı rəsmi məlumatlar əsasında təhlil aparıb.

İkinci yerdə 25,53 faiz göstərici ilə "Facebook" qərarlaşıb. Ən çox istifadə edilən sosial şəbəkələrin ilk üçlüyünü 18,68 faiz payla "YouTube" tamamlayıb.

Təhlilə əsasən, "Pinterest" istifadə payına görə 10,34 faizlə dördüncü, "X" (köhnə adı ilə Twitter) isə 7,18 faizlə beşinci yerdə qərarlaşıb.

Qalan 3,93 faiz pay isə "LinkedIn", "Reddit" və digər sosial şəbəkələrin hesabına düşür.

Bu göstəricilər Azərbaycanda sosial media istifadə vərdişlərinin əsas istiqamətlərini və platformalar üzrə mövcud rəqabət balansını əks etdirir.

Qeyd edək ki, son beş il ərzində Azərbaycanda "Instagram", "Facebook" və "YouTube" ən çox istifadə olunan sosial şəbəkələr kimi qeydə alınıb. 2025-ci ildə bu platformalar istifadə payına görə ilk üçlüyü formalaşdırıb. Açıqlanan rəsmi məlumatlara əsasən, "Instagram" 34,33 faiz, "Facebook" 25,53 faiz, "YouTube" isə 18,68 faiz göstərici ilə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıb. Digər sosial şəbəkələrin istifadəsi ilə bağlı göstərici 21,46 faizə bərabər olub.