16 yanvar 2026 18:57
255

Dönüş nöqtəsi...

20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şanlı və qanlı səhifəsidir. Bu faciə milli yaddaşda xüsusi yer tutur, şəhidlərin qəhrəmanlığı dövlətçilik tariximizin mənəvi dayaqlarından birinə çevrilib. 20 Yanvar faciəsinin xalqın iradəsini sındıra bilmədi, əksinə azadlıq və suverenlik yolunda birliyi daha da möhkəmləndirdi. 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların ailələrinə diqqət və qayğı dövlət və cəmiyyət üçün mənəvi borc hesab olunur.

20 Yanvar hadisələri Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında dönüş nöqtəsi oldu. Həmin dövrdə xalqın göstərdiyi həmrəylik bu gün də milli birliyin əsas göstəricilərindən biri kimi dəyərləndirilir.

“20 Yanvar şəhidi” fəxri adı – 1990-cı il yanvarın 20-də Bakı şəhərində və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qırğın zamanı həlak olmuş şəxslərə verilən yüksək mənəvi – statuslu addır.

Bu fəxri ad Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda apardığı mübarizədə canından keçən vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.  “20 Yanvar şəhidi“ adını daşıyan şəxslər xalqımızın milli qəhrəmanlıq salnaməsində xüsusi yer tutur və onların fədakarlığı dövlət səviyyəsində daim ehtiramla yad edilir.

20 Yanvar faciəsi Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, xalqın milli oyanışını və müstəqillik iradəsini daha da gücləndirmişdir. Bu hadisə zamanı şəhid onlanların xatirəsi hər il 20 yanvar tarixində ümumxalq hüzn günü kimi qeyd olunur, məzarları ziyarət edilir və onların adları gələcək nəsillərə örnək kimi təqdim olunur.

Ələmdar Cabbarov,
YAP Ordubad rayon təşkilatının sədr müavini