17 yanvar 2026 10:56
115

Zaqatalada və Tovuzda dəm qazından zəhərlənən olub

Zaqatalada bir ailə, Tovuzda dörd nəfər dəm qazından zəhərlənib.

İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Qeyd edilib ki, zəhərlənmə halı Zaqatalanın Ərəblinski küçəsində qeydə alınıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvləri - 66 yaşlı Sura Səmədova, 32 yaşlı İranə Səmədova, 6 yaşlı İsrafil Səmədsoy və 2 yaşlı Elisa Səmədsoydur. Onlardan Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Tovuz rayonunda isə zəhərlənmə faktı rayon ərazisində qeydə alınıb. Belə ki, 1955-ci il təvəllüdlü S. Həsənov, 1989-cu il təvəllüdlü E. Həsənov, 1960-cı il təvəllüdlü G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslərdən S. Həsənov və A. Həsənova Bakı şəhərindən Tovuza qonaq gəliblər.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.