Azərbaycan xalqının müasir tarixində şəhidlik anlayışı milli qürur,vətənpərvərlik və fədakarlığın ali zirvəsi kimi dəyərləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli diqqət və qayğıdır. İlham Əliyev çıxışlarında vurğulamışdır ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi dövlətin mənəvi borcudur.Ölkənin müxtəlif bölgələrində ucaldılan şəhid abidələri, memorial komplekslər, xiyabanlar və xatirə guşələri bu diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyev şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına mənzil və fərdi evlərin verilməsi,sosial müavinət,təqaüdlərin artırılması və bir çox dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Prezident İlham Əliyevin başlıca siyasətindən biri də şəhid övladlarının təhsilinə, sağlamlığına və gələcək inkişafına, layiqli bir vətəndaş kimi cəmiyyətdə formalaşmasına göstərilən diqqət və qayğının təşəbbüslərindən biri də YAŞAT Fondudur. YAŞAT Fondu Azərbaycan dövlətinin sosial ədalətə, insanpərvərliyə və milli dəyərlərə sadiqliyini aydın şəkildə göstərir.
Şəhid ailələrinə diqqət yalnız maddi yardım ilə məhdudlaşmır. Dövlət nümayəndələrinin ailələrlə müntəzəm görüşləri,şəhidlərin xatirələrinin yad edilməsi və ictimaiyyətlə paylaşılması həm mənəvi dəstək, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu tədbirlər şəhidlərin qəhrəmanlığını daim xatırlamaq və onların ailələrinə hörmət göstərmək məqsədini daşıyır.
Dövlət, xalq və cəmiyyət birgə şəkildə bu ailələrin yanında olur. Şəhid ailələrinə göstərilən qayğı Azərbaycan xalqının və dövlətinin birlik və həmrəyliyinin ən parlaq nümunəsidir. Bu dəstək şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu və onların ailələrinin heç zaman unudulmadığını sübut edir.
Əlizadə Təhminə,
General M.Əsədov adına 29 nömrəli məktəbin müəllimi