19 yanvar 2026 15:15
146

 “Enerjimiz Bir” jurnalının növbəti sayı DƏRC OLUNUB

“SOCAR Türkiyə”nin korporativ nəşrində enerji transformasiyası, davamlı inkişaf, innovasiya və insan kapitalı kimi prioritet mövzulara diqqət yetirilib

“SOCAR Türkiyə”nin enerji və sənaye sahələrindəki fəaliyyətini, strateji baxışını və gələcək hədəflərini əks etdirən korporativ nəşri olan “Enerjimiz Bir” jurnalının növbəti sayı işıq üzü görüb. Jurnal qlobal və milli enerji gündəmini analitik yanaşma ilə təqdim etməklə yanaşı, enerji transformasiyası, davamlı inkişaf, innovasiya və insan kapitalı kimi prioritet mövzulara diqqət yetirir.

Nəşrdə “SOCAR Türkiyə”nin həyata keçirdiyi iri layihələr, investisiya strategiyaları, institusional inkişaf istiqamətləri, eləcə də Türkiyə–Azərbaycan enerji əməkdaşlığının strateji əhəmiyyəti geniş şəkildə işıqlandırılıb. “Enerjimiz Bir” həm sahə mütəxəssisləri, həm də qərarverici dairələr üçün etibarlı informasiya və istinad mənbəyi rolunu oynayır.

Jurnal “SOCAR Türkiyə”nin yalnız bugünkü fəaliyyətini deyil, eyni zamanda enerji sektorunun gələcəyinə dair baxışını və düşüncə liderliyinə verdiyi töhfəni nümayiş etdirən platforma kimi çıxış edir.

“SOCAR Türkiyə” enerji və sənaye sahələrində həyata keçirdiyi fəaliyyətlərin əsasında təkcə yatırımlar deyil, eyni zamanda uzunmüddətli baxış, güclü əməkdaşlıqlar və ortaq gələcəyə inam dayanır. “Enerjimiz Bir” jurnalının 6-cı sayı da bu yanaşmanın təzahürü olaraq qlobal və milli enerji gündəmini qurumun baxış istiqamətləri ilə bir araya gətirən ortaq düşüncə platforması xarakteri daşıyır.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixi bağlardan kənara çıxaraq bu gün enerji, sənaye və inkişaf sahələrində strateji tərəfdaşlıq səviyyəsində özünü göstərir. “SOCAR Türkiyə” bu tərəfdaşlığın praktik müstəvidə güclü təmsilçilərindən biri olma məsuliyyəti ilə fəaliyyət göstərir, atdığı hər addımı iki ölkənin ortaq gələcəyinə dəyər qatan uzunmüddətli töhfə kimi qiymətləndirir.

 “SOCAR Türkiyə” bu dəyişikliklər mərhələsində davamlılıq, səmərəlilik və insan mərkəzli yanaşma əsasında formalaşdırdığı strategiyası ilə dəyişiklikləri yalnız izləyən deyil, onlara istiqamət verən bir qurum olmağı hədəfləyir. İnvestisiyalarını, bilik istehsalını və əməkdaşlıqlarını bu istiqamətdə dəyərləndirir, enerji dəyər zəncirinin bütün mərhələlərində dayanıqlı dəyər yaratmağa fokuslanır.

“Enerjimiz Bir” jurnalı təkcə geridə qalan dövrü əks etdirən nəşr deyil, eyni zamanda sektorun bu gününü anlamağa və gələcəyinə hazırlaşmağa töhfə verən istinad mənbəyi olmağı qarşısına məqsəd qoyur. Jurnalın son sayında investisiyalardan insan kapitalına, enerji transformasiyasından düşüncə liderliyinə qədər uzanan yanaşmanın izlərini görmək mümkündür.

Orxan Vahidoğlu, “İki sahil”