21 yanvar 2026 12:50
181

Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçiciləri ilə görüşüb

Yanvarın 21-də Milli Məclisin deputatı Səbinə Xasayeva Yeni Azərbaycan Partiyası(YAP)Qaradağ rayon təşkilatının  inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib və  qeydə alınıb,aidiyyəti  qurumlara  göndərilməsi üçün  nəzarətə götürülüb.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirak edib.