Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Omanın "OQ Group" şirkəti gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, danışıqlar SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə "OQ Group"un Baş direktoru Əşrəf əl Məmari arasında Dünya İqtisadi Forumu 2026 (WEF 2026) çərçivəsində baş tutub.
"Müzakirələr zamanı ədalətli və balanslı enerji keçidinə qarşılıqlı sadiqliyimiz təsdiq edilib, dəyişən qlobal enerji landşaftı şəraitində enerji təhlükəsizliyinin gücləndirilməsinin və davamlı artımın təşviqinin əhəmiyyəti vurğulanıb", - SOCAR-ın prezidentinin sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb