Qazaxıstan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza üzrə Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Sülh Şurasına hər hansı maliyyə haqqı ödəmədən qoşulub, bu da nizamnamənin müddəalarına tam uyğundur", - məlumatda bildirilib.
Qeyd olunub ki, nizamnamədə qeyd edilən 1 milyard dollar məbləğində könüllü üzvlük haqqı şərt deyil.
"Bu, hər bir iştirakçının hüququdur. Bu cür ödəniş ilk il ərzində həyata keçirildikdə, həmin dövlət müəyyən edilmiş üç illik müddətdən artıq Şurada qalma imkanı əldə edir", - məlumatda vurğulanıb.
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yanvarın 23-də BƏƏ-də görüşəcəklər - Zelenski
İspaniyada iki qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 45-ə çatıb