ABŞ-nin rəhbərliyi ilə yaradılan Sülh Şurası mövcud beynəlxalq təşkilatlardan daha səmərəli münaqişə həll mexanizminə çevrilə bilər.
“İki sahil” xəbər verir ki, bunu sülhməramlı əməkdaşlıq formatının yaradılması təşəbbüsünün də müzakirə olunduğu Avropa İttifaqı (Aİ) liderlərinin fövqəladə sammitindən sonra Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərə bildirib.
Orbanın sözlərinə görə, Macarıstan və Bolqarıstan Avropa İttifaqının şurada iştirakını birmənalı şəkildə dəstəkləyən yeganə üzv dövlətlər olub.
"Biz bolqarlarla dedik: məqsəd doğrudur – sülh yaratmağa çalışmaq. Cəhd edəcəyik", – deyə baş nazir vurğulayıb. Onun sözlərinə görə, digər əksər Aİ ölkələri hələ mövqelərini müəyyənləşdirməyib.
Orban qeyd edib ki, yeni formata ABŞ ilə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Azərbaycan da daxildir. Onun sözlərinə görə, Yaxın Şərq və Qafqaz dövlətlərinin iştirakı təşəbbüsə əlavə geosiyasi çəki verir.
O bildirib ki, yeni formatın əsas vəzifələri Qəzza sektorunda vəziyyətin sabitləşdirilməsi və Ukrayna münaqişəsinin sülhlə həlli yollarının axtarışı olmalıdır.
"Amerikalılar prioritetləri açıq şəkildə müəyyən etdilər: əvvəlcə Qəzza, sonra Ukrayna", – deyə Orban əlavə edib və gələcəkdə formatın daha geniş beynəlxalq böhranları əhatə edə biləcəyini vurğulayıb.
Orban həmçinin qeyd edib ki, əgər təşəbbüsdə aparıcı dünya oyunçuları və regionun əsas dövlətləri iştirak edirsə, Avropa İttifaqının kənarda qalması çətin olacaq.
Onun sözlərinə görə, yeni formatda iştirak Aİ-nin qlobal siyasi aktor kimi rolunu qoruması üçün vacibdir: "Özünü qlobal oyunçu hesab edən bir ittifaq üçün belə formata qoşulmamaq çətin olacaq".
Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək
Gürcüstan Venesuelanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR
Tramp miqrantlara qarşı mübarizə üçün NATO-nun 5-ci maddəsinin tətbiqini TƏKLİF EDİB