23 yanvar 2026 07:59
150

Tramp Sülh Şurasının Kanadaya göndərilmiş dəvəti geri çəkdiyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Sülh Şurası Kanadanın Baş naziri Mark Karniyə ünvanlanan ölkəsinin beynəlxalq struktura qoşulması ilə bağlı dəvəti geri çəkib.

“İki sahil” xəbər verir ki, müvafiq paylaşım Ağ Evin rəhbərinin "Truth Social" sosial şəbəkə hesabında yerləşdirilib.

"Hörmətli baş nazir Karni, xahiş edirəm, bu məktubu Kanadanın indiyə qədər mövcud olmuş ən nüfuzlu liderlər şurasına qoşulmaq üçün sizə göndərilmiş dəvətin geri çəkilməsi barədə rəsmi bildiriş kimi qəbul edin", - Tramp qeyd edib.