24 yanvar 2026 10:00
94

Gürcüstan Azərbaycana marqarin ixracından qazancını 3 dəfə artırıb

Ötən il Gürcüstan Azərbaycana 116 min ABŞ dolları dəyərində 67,3 ton marqarin ixrac edib.

“İki sahil” xəbər verir ki, "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 dəfə və 3,2 dəfə çoxdur.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 327 min ABŞ dolları dəyərində 184 ton marqarin satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 63 % və 62 % azdır.

Azərbaycan Gürcüstanın analoji məhsullar tədarük etdiyi iki ölkədən biri olub. Belə ki, hesabat dövründə Gürcüstan Ermənistana 211 min ABŞ dolları dəyərində 117 ton məhsul satıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 887 min ABŞ dolları dəyərində 488 ton marqarin satıb ki, bunun da 37 min ABŞ dolları dəyərində 21 tonu Azərbaycanın payına düşüb.