24 yanvar 2026 11:39
106

Saxalində səmada iki Günəş görünüb - VİDEO

Rusiyanın Saxalin bölgəsi üzərində səmada iki Günəş görünüb. Saxalin sakinləri nadir optik halın şahidi olublar.

“İki sahil” xəbər verir ki, bu barədə Sakhalin-News.ru məlumat yayıb.

Məlumata görə, bu, altıbucaqlı, prizmatik formalı buz kristallarında işığın sınması nəticəsində yaranan parheliondur (saxta, yalançı Günəş - red.). Onlar yer səthindən 6-10 kilometr yüksəklikdə sirius buludlarında (buz dumanı - red.) əmələ gəlir.