Yanvarın 26-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində YAP Kürdəmir rayon təşkilatının “Vaqif küçəsi 70” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.
“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Vaqif küçəsi 70” ərazi partiya təşkilatının sədri, Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Arzu Şahbazov ərazi partiya təşkilatının ötən dövr ərzində fəaliyyəti barədə geniş məlumat verdi. Daha sonra partiyanın cəmiyyətdəki rolundan, partiyanın VII Qurultayndan sonra qarşıya qoyulan məsələlərdən, Azərbaycanın təbii sərvətlərinin insan kapitalına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrində olduğu kimi, su təsərrüfatı və ekoloji təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilməsindən danışdı. YAP-ın həyata keçirdiyi maarifləndirmə tədbirləri, ictimai təşəbbüslər və dövlət qurumları ilə sıx əməkdaşlığı ölkə vətəndaşlarında su resurslarından qənaətlə istifadə mədəniyyətinin formalaşmasına mühüm təsir göstərir.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Xalid Abbasov, Elnur Şükürov, Fidan Mürsəlova bildiriblər ki , “Vaqif küçəsi 70” ərazi partiya təşkilatı partiyanın tapşırıqlarının icrasında intizamının, məsuliyyətin gücləndirilməsinə, eyni zamanda, qəbul olunan dövlət proqramlarının yerlərdə effektiv icrasını nəzarətdə saxlayır.
Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsindən, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin məqsədyönlü siyasətindən, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən, vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışdı. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.
Çıxışlardan sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Arzu Şahbazov, sədr müavini isə Bəhruz Vəliyev seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər. “Vaqif küçəsi 70” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. E.Qafarov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.