14 may 2026 15:50
95

Yeni svetoforlar istifadəyə verildi

Paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar istifadəyə verilib, hərəkət növbəliliyi və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində icra edilib.