14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Daxili Qoşunların Hərbi İnstitutuna Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kitabxanasının mübadilə fondunda yer alan nəşrlərdən hədiyyə olunub.
“İki sahil” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən, eləcə də Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici çap vəsaitləri, o cümlədən "Polis və insan hüquqları" adlı vəsait, ümumilikdə 30 adda kitab hədiyyə olunub.