05 mart 2026 14:21
97

Analitik Ekspertiza Mərkəzi səhiyyədə risklərin idarə olunmasında strateji yanaşmalar tətbiq edir

Mərkəz səhiyyə sistemində aşkar olunan risklərin aradan qaldırılması üçün riskəsaslı, sistemli və davamlı təkmilləşməyə yönəlmiş strateji yanaşmalar tətbiq edir.

Bu fikirləri Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova “İki sahil”in suallarını cavablandırarkən  vurğulayıb. 

Həmsöhbətimizin sözlərinə görə, bu yanaşmalar bir neçə əsas istiqaməti əhatə edir. Əvvəlcə, riskəsaslı nəzarət vasitəsilə tibb və əczaçılıq müəssisələrinin fəaliyyətləri risk kateqoriyaları üzrə qiymətləndirilir və yüksək riskli sahələrdə yoxlamalar intensivləşdirilir. Normativ bazanın təkmilləşdirilməsi istiqamətində isə mövcud hüquqi aktlar beynəlxalq təcrübəyə uyğun yenilənir. Rəqəmsallaşma və analitik təhlil mexanizmləri tətbiq olunaraq elektron nəzarət sistemləri qurulur və statistik məlumatlar əsasında erkən xəbərdarlıq imkanları yaradılır. Eyni zamanda, maarifləndirmə və institusional potensialın gücləndirilməsi çərçivəsində tibb işçiləri üçün təlim və seminarlar təşkil olunur, metodik tövsiyələr hazırlanır. Nəhayət, preventiv və korrektiv tədbirlər vasitəsilə aşkar edilmiş nöqsanlar aradan qaldırılır, lazımi məcburi göstərişlər verilir və təkrar monitorinqlər həyata keçirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”