Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
C.Osmanov vurğulayıb ki, Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi məsələsinə İran tərəfindən qısa zamanda açıqlama verilməli və Azərbaycandan rəsmi qaydada üzr istənilməlidir: “Görünür ki, molla rejimi çökmək üzrə olduğu üçün regionda münaqişənin miqyasının genişlənməsinə çalşır. Lakin bu tamamilə yanlış yanaşmadır.”
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, İran İslam Respublikası Azərbaycana qarşı olan məkrli siyasətə son qymalıdır: “Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib. Azərbaycan dövlətinin mövqeyi regionda sabitlik və sülhün qorunub saxlanmasıdır. Azərbaycan güclü dövlətdir və qüdrətli orduya malikdir. Molla rejimi bunu dərk etməli və Azərbaycana qarşı atılacaq istənilən addıma cavab veriləcəyini unutmamalıdır.”
Prezident: Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir
Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident İlham Əliyev
Gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək