Martın 5-də İranın Naxçıvanda aeroporta, məktəb binasına və digər mülki obyektlərə dron hücumu və Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı Təhlükəsizlik Şurasında çıxışı İordaniyanın aparıcı media orqanlarının diqqət mərkəzindədir.
“İki sahil” xəbər verir ki, “əl-Məmləkə”, “Royanews.tv”, “Ammon News” və “Jordan News” xəbər portalları dövlət başçısının Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş hücumu qəbuledilməz adlandırdığı, ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğuladığı qeyd olunub.
Nəşrlərdə, həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyinin təmin edilməsi və mülki əhalinin müdafiəsi məqsədilə müvafiq cavab tədbirlərinin hazırlandığını bildirib. Nazirliyin açıqlamasında belə hücumların cavabsız qalmayacağı və Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnun olduğu vurğulanıb.
Bundan başqa, yazılarda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanatına da yer verilib.
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - YENİLƏNİB
Misirin Dokki bölgəsində “Maidə” təşəbbüsü çərçivəsində iftar süfrəsi təşkil olunub