08 mart 2026 10:32
105

Mirvarid Dilbazi Poeziya Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə daha bir tədbir - FOTO

7 mart 2026- cı il tarixində  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Vəli Məmmədov adına Mədəniyyət Evində  Mirvarid Dilbazi Poeziya Dərnəyinin  təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart  Beynəlxalq Qadınlar Bayramı Günü münasibəti ilə Birinci Qarabağ müharibəsinin  iştirakçısı, polis mayoru, qazi, şair Aidə Şirinova və şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva ilə görüş keçirildi.

“İki sahil” xəbər verir ki, tədbirin əvvəlində dövlət himni səsləndirildi. Vəli Məmmədov adına Mədəniyyət evinin nəzdində fəaliyyətə başlayan Mirvarid Dilbazi Poeziya Dərnəyinin rəhbəri Güllü Eldar Tormarlı qonaqları salamladı.Keçirilən tədbir haqqında geniş məlumat verdi. Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Xətai  Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Prezident təqaüdçüsü, əmək qəhrəmanı  Tərlan Musayeva,  Qazi Nadir Həsənoğlu, Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü Azadə Quliyeva, şairlərdən  Tamam Yaralı, Esmira Aslanxanlı çıxış  etdilər.   

Tədbirin gedişində söz  1- ci  Qarabağ müharibəsinin iştirakçısı Aidə Şirinovaya və  Mehman Musayevin nişanlısı Sevda  Əliyevaya  verildi. Onlar gənclərin onlarla görüşə gəlişini ürəkdən alqışladılar. Gənclərin onlara ünvanladığı maraqlı sualları cavablandırdılar.  

Daha sonra ''Əbədi Tədbirlər Birliyi'' nin üzvləri Sevda xanım və Aida xanım üçün  əl işindən ibarət hazırladıqları gül dəstəsi hədiyyə etdilər. Polad Ağa İbrahimovun rəhbərlik etdiyi  ''Əbədi Tədbirlər Birliyi'' layihəsinin üzvləri- Məryəm Əhmədzadə, Mustafa Məhərrəmov, Nəzrin Nuraliyevanın şeir qiraətləri və musiqi müəllimi  Lətifə Əliyəvanın müşyi əti ilə Vaqif Hacılı, Nəzrin Nuralıyeva, Ağabəy Qazıyev, Nəsirli Nihadın ifaları maraqla və alqışlarla qarşılandı. Mirvarid Dilbazi Poeziya Dərnəyinin üzvləri -  Zakir Əhmədov adına 64 saylı tam orta məktəbinin şagirdləri Zəhra  Əzimova və  Mədinə Hüseynli şeir söylədilər.

Dərnək rəhbəri Güllü Eldar Tomarlı bayram münasibəti ilə xanımları təbrik etdi və Bakı Mədəniyyət Baş idarəsinə, tədbir iştirakçılarına təşəkkürünü bildirdi. 

Sonda xatirə şəkli çəkildi.