Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana da təşəkkür edirik. O da bu məsələdə çox dəstək oldu. Hava yolu bağlananda ikinci yolumuz məhz Türkiyədən, İğdırdan oldu.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı aviareysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Lətif Mehdiyev deyib.
Sərnişin qeyd edib ki, o, sonuncu dəfə 7 il bundan əvvəl Naxçıvanda olub: "Uzun müddətdən sonra muxtar respublikaya gəlişim bu günə təsadüf etdi. Bir daha dövlətimizə bizim üçün yaradılan şəraitə görə minnətdarlıq edirəm".
Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub
“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib