11 mart 2026 12:06
111

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 % azalıb

Bu ilin yanvar-fevral aylarında "AzStateNet" şəbəkəsi üzrə 28 milyon 720 min zərərli keçid bloklanıb.

“İki sahil” xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.

Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 677 min 700, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 25 min 439 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 38 % və 5 % azdır.

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.