Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə seçicilər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində təşkil edilən peşə kurslarına cəlb edilmələrinə, yaşadıqları ərazidə xeyir-şər evinin tikintisinin başa çatdırılmasına, abad həyət yaradılması işlərinin davam etdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə, su və kanalizasiya problemlərinin aradan qaldırılmasına, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım göstərilməsinə və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Seçicilərin müraciətləri qeydə alınıb, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub
“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib