Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.az saytının səkkiz yaşı tamam olur.
“İki sahil” xəbər verir ki, Azərbaycan dilli xəbər saytları içərisində özünün xüsusi dəst-xətti ilə seçilən "Demokrat.az"ın əsası 2018-ci il martın 11-də qoyulub.
Bu gün Demokrat.az ölkənin tanınan media ailəsinin - "Demokrat Media" şirkətinin tərkibində fəaliyyət göstərir.
Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan portal toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Ötən qısa vaxtda peşə prinsiplərinə sadiq qalmağı bacaran portalın artıq öz auditoriyası formalaşıb.
Demokrat.az Media Reyestrindən keçən ilk internet resurslarındandır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərindəndir.
Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.
"İki sahil" əlamətdar gün münasibətilə kollektivi təbrik edir və uğurlar arzulayır.