ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.
“İki sahil” xəbər verir ki, layihə çəriçivəsində 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur. Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.