24 noyabr 2026 17:48
59

Dövlət Xidməti: Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır

Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verilib, giriş qapısı sökülərək şüşə konstruksiya ilə əvəz olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.

"Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir. Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında qanunvericiliyə riayət edilməsinə çağırırıq" - Dövlət Xidmətindən vurğulanıb.