Beynəlxalq təşkilatların müəyyən dərəcədə iflic vəziyyətində olduğu, Birləşmiş Millətlər Təşkilatına qarşı tənqidlərin artdığı və orta güclərin daha fəal rol oynadığı bir dövrdə Azərbaycan plüralizmə əsaslanan yanaşmada, çevik əməkdaşlıq modellərində və fəaliyyətə hazır koalisiyaların formalaşdırılmasında çox mühüm rol oynaya bilər.
“İki sahil” xəbər verir ki, bu sözləri “Fortescue” Ltd. şirkətinin İdarə Heyətinin üzvü, “The Global Fund to End Modern Slavery” təşkilatının təsisçisi və sədri, “ExxonMobil” şirkətində vitse-prezident (2000–2013) Jean Baderschneider XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
O, ümid etdiyini bildirib ki, hər kəs qarşıdakı günlərdə son dərəcə vacib debatların şahidi olacaq. (AZƏRTAC)