11 mart 2026 22:07
105

Azərbaycanın qadın siyasəti BMT-də dəyirmi masada təqdim olunub

BMT-nin Baş Qərargahında təşkilatın Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası (CSW70) çərçivəsində "Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması" mövzusundə yüksək səviyyəli dəyirmi masa keçirilib.

“İki sahil”in məlumatına görə, "Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva sosial siyasət, qadınların gücləndirilməsi və cəmiyyətdə ailə dəyərlərinin təşviqi istiqamətində Azərbaycanın təcrübələri barədə çıxış edib.

C.Rəhmətullayeva qeyd edib ki, sosial siyasətin əsas istiqamətlərindən biri qadınların gücləndirilməsi, gənc nəslə ailə dəyərlərinin aşılanması və yaşlı nəslə hörmətin təşviq olunmasıdır. Onun sözlərinə görə, bu prinsiplər sağlam və dayanıqlı cəmiyyətin formalaşmasının əsas prioritetlərindən biridir.

Sonda vurğulanıb ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə institutunun dəstəklənməsi və nəsillərarası həmrəyliyin təşviqi sosial inkişafın və cəmiyyətin rifahının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.