Elektron Təhlükəsizlik Xidməti son altı ayda 2 minə yaxın zərərli kontent yayan internet resurslarını müəyyən edərək məhdudlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.
“184 "web defacement"lə real DDoS hücumları operativ şəkildə zərərsizləşdirilib. 1,5 milyondan çox məlumat sızıntısı faktları aşkarlanaraq müvafiq reaksiya tədbirləri həyata keçirilib. Bu müdafiə sisteminin tamamlayıcı hissəsi isə vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır. Dövlətin kibermüdafiə mexanizmləri nə qədər güclü olsa da, son nöqtədə qərarı vətəndaşın özü verir. Rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını bilmək, şəxsi məlumatlarla düzgün rəftar etmək, onlayn xidmətlərdən məsuliyyətlə istifadə etmək – bunlar istehlakçı hüquqlarının qorunmasında dövlət tədbirləri qədər vacibdir”, - deyə nazir müavini qeyd edib.