13 mart 2026 10:32
85

AQTA rəhbərliyi ilə KTN yanında İctimai Şura bir arada

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında fəaliyyət göstərən İctimai Şura üzvləri arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub.

İctimai Şura üzvləri tərəfindən arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud problemlər diqqətə çatdırılıb, bu sahələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda bu cür müzakirələrin mütəmadi olaraq aparılması və davamlı olması qərara alınıb.