13 mart 2026 12:05
89

Ötən il Azərbaycanın sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub

2025-c ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,2 milyard manat həcmində məhsul ixracı edilib.

“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair 2-ci Milli Prioritetin əsas məqsədlərindən biri də “Paytaxt və regionların tarazlı inkişafı”dır. 2025-ci ildə ölkədə 9 sənaye parkı və 6 sənaye məhəlləsi fəaliyyət göstərib ki, burada 179 rezident və qeyri-rezident qeydiyyatdan keçib, 103 müəssisə istehsal fəaliyyətinə başlayıb.